
Azərbaycan millisi Bursada toplanışa başlayıb
- 27 May 2025 19:40
- 38
16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışına başlayıb.
Rekord.az xəbər verir ki, yığmamız hazırlıq prosesundə yerli Tofaş (U-16) klubu ilə yoxlama oyununda üz-üzə gəlib.
Erhan Tokerin rəhbərlik ediyi millimiz rəqibinə 44-71 hesabı ilə məğlub olub. Hazırlıq prosesində əsas məqsəd 5-13 iyul Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək Avropa çempionatı "C" divizionunun oyunlarına hazırlaşmaqdır.
Təlim-məşq toplanışının ilk mərhələsi mayın 29-da başa çatacaq.