Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtə Priştinada keçirilən "IHF Trophy" beynəlxalq turnirində ilk oyununu keçirib.


Rekord.az xəbər verir ki, yığma Böyük Britaniya ilə üz-üzə gəlib.


Qarşılaşma rəqibin 32:27 hesablı qələbəsi ilə yekunlaşıb.


U-17 noyabrın 30-dək təşkil olunacaq yarışda Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.