Azərbaycan millisi beynəlxalq turnirdə növbəti oyununda da uduzdu
- 27 Noy 2025 23:00
- 25
Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtə Priştinada keçirilən "IHF Trophy" beynəlxalq turnirində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, yığmamız ev sahibi komanda ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 34:24 hesablı qələbəsi ilə yekunlaşıb.
U-17 turnirdəki ilk matçında Böyük Britaniya seçməsinə 27:32 hesabı ilə uduzmuşdu. Azərbaycan komandası noyabrın 30-dək davam edəcək yarışda növbəti görüşlərini Belçika və Bolqarıstan komandalarına qarşı keçirəcək.