
Azərbaycan kubokunun yarımfinal mərhələsinə start verildi
- 21 May 2025 18:20
- 140
Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları meydançaya çıxıblar.
“AHF Arena”da baş tutan görüşdə 35:26 hesablı qələbə qazanan “Azəryol” adını finala yazdırıb.
Digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.