Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq.


Rekord.az xəbər verir ki, final oyununda "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcək.


Qarşılaşma Bakı İdman Sarayında, saat 17:00-da start götürəcək.


Qeyd edək ki, 2025-ci ildə NTD klubu Azərbaycan Kubokunun qalibi olub.