
Azərbaycan komandası beynəlxalq turnirdə uğurlu çıxış edib
- 16:40
- 39
Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3x3 basketbol üzrə komandası İsveçrənin Mies şəhərində keçirilmiş FIBA Open beynəlxalq turnirində uğurla çıxış edib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Turnirdə ümumilikdə 14 Xüsusi Olimpiya komandası təmsil olunub.
Yarışların ilk günü yoxlama oyunları keçirilib və bu matçların nəticələrinə əsasən komanda A qrupunda yer alıb. Yığma Fransanı (8:2), Niderlandı (5:3) və Finlandiyanı (5:4) məğlub edərək qrupun qalibi olub.