Son bir ildə daha çox futbolçunun xidmətindən yararlanan klubların siyahısı açıqlanıb.

Rekord.az xəbər verir ki, CİES futbol observatoriyası 2019-cu ilin oktyabrından indiyədək ən azı 27 çempionat oyununa çıxan komandalarla bağlı araşdırma aparıb.

Azərbaycan klubları hesabat dövründə zəruri sayda matça çıxmadığından siyahıya daxil edilməyib. 1014 klubun yer aldığı cədvələ Braziliya təmsilçisi “Avai” başçılıq edir.

Hesabat dövründə 33 qarşılaşmaya çıxan komandanın heyətində 59 futbolçu meydana çıxıb. “Sanqiu Sanqmu” (Cənubi Koreya), “Kremen” və KSA (Braziliya) 57 oyunçuya şans verib.

Ən oturuşmuş heyət “Halmstad” (İsveç) və “Vellinqton Feniks”dədir (Yeni Zelandiya). Hər iki komanda il ərzində cəmi 22 futbolçuya güvənib.