Azərbaycan karateçilərindən Çanaqqalada uğurlu nəticə
- 22:00
- 31
Azərbaycan karateçiləri Türkiyənin Çanaqqala şəhərində keçirilən "Dardaneles Karate Championship" turnirində uğurlu çıxış ediblər.
Azərbaycan Karate Federasiyasından Rekord.az-a verilən məlumata görə, Məhəmməd Kazımlı qızıl medal qazanıb.
Qəhrəman Rzaquliyev gümüş, Hüseyn Babayev bürünc medalla kifayətlənib.
Azərbaycan təmsilçiləri yarışa məşqçi Asiman Qurbanlının rəhbərliyi ilə qatılıblar.