Bu gün III MDB Oyunları çərçivəsində Mingəçevir “Kür” olimpiya Kompleksində karate yarışları başa çatıb.


Rekord.az xəbər verir ki, Turqut Həsənov (84 kq), İrina Zaretska (68 kq) və Fərid Ağayev (-75 kq) rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar.


Asiman Qurbanlı (+84 kq) həlledici döyüşdə uduzaraq ikinci yerlə kifayətlənib. Aysu Əliyeva (-61 kq), Fərid Şahbazlı (-84 kq) və Rəşid Süleymanov (-75 kq) isə bürünc medallar qazanıblar.


Xatırladaq ki, dünən 55 kiloqram çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb. Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medal qazanıb. Gümüş medala həmçinin Fərid Savadov (60 kq) sahib çıxıb.


Digər təmsilçimiz Nuran Rzazadə (-67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal qazanıb.


Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.


İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.


Beləliklə, karateçilərimiz turniri 16 medalla başa vurublar.