Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır
- 12:40
- 34
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.
Rekord.az xəbər verir ki, təmsilçilərimizdən Vladimir Litvintsev fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək.
Bu növ üzrə yarış Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bu gün həmçinin dağ xizəyi, biatlon, xizəksürmə, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma üzrə yarışlar keçiriləcək.
Azərbaycanın digər təmsilçisi Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda baş tutacaq.
Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.