Azərbaycan idmançıları 2025-ci ildə beynəlxalq turnirlərdə 2113 medal qazanıblar
- 21:00
- 29
Azərbaycan idmançıları 2025-ci ildə Avropa və dünya çempionatları, eləcə də digər beynəlxalq turnirlərdə ümumilikdə 2113 medal qazanmaqla yeni rekorda imza atıblar.
Rekord.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirində bildirilib.
Əldə olunan nəticələr dövlətin idmana göstərdiyi diqqət və qayğının, həmçinin idmançıların və mütəxəssislərin sistemli fəaliyyətinin bariz nümunəsi kimi qiymətləndirilir.
Ötən il Azərbaycan idmaçıları beynəlxalq arenalarda 1718 medal əldə etmişdilər.