İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri davam edir.

Rekord.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə millimizin 1 üzvü xalça üzərinə çıxıb.

Maqomedxan Maqomedov (97 kq) təsnifat mərhələsində moldovalı Radu Lefterə 10:0 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda gürcü Givi Matçaraşviliylə görüşdə zədələnən Avropa çempionu mübarizəni başa vurub.

Qeyd edək ki, sabah - reytinq turnirinin son günündə sərbəst güləş üzrə milli komandanın digər üzvləri çıxış edəcək.