Azərbaycan gimnastları Dünya Kubokunu 6 medalla başa vurdular
- 16:00
- 32
Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu altı medalla başa vurublar.
Rekord.az xəbər verir ki, son olaraq Selcan Mahsudova - Maqsud Mahsudov cütü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.
Onlar yarışda birinci yeri tutublar. Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.
Batutçulardan Maqsud Mahsudov - Hüseyn Abbasov cütü və Selcan Mahsudova - Şəfiqə Hümbətova cütü sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.