Avqustun 6-də Belarusun Qolem şəhərində keçirlən MDB ölkələrinin Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal əldə edib.

Rekord.az xəbər verir ki, fərdi yarışların ikinci günündə qızlar və oğlanlar arasında 7 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Yarışın ikinci günündə -90 kq. çəkidə Davud Namazlı yığmamızın aktivinə gümüş medal yazdırıb. Qızlar arasında -57 kq. çəkidə Nilgün Rzayeva və -70 kq. çəkidə Zeynəbxanım Əsədova, oğlanlar arasında isə -73 kq. çəkidə Mehdi Abbasov yarışın bürünc medallarını qazanıblar.