Litvanın Kaunas şəhərində 13-14 mayda gənclər arasında Avropa kuboku keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda ümumilikdə 2 bürünc medal əldə edib.

Turnirdə qızların mübarizəsində -48 kq. çəkidə Leyla Dəmirova və +78 kq. çəkidə Nigar Süleymanova bürünc medal qazanıblar.

-52 kq. çəkidə Rita Əliyeva, -70 kq. çəkidə Pərvanə Abdullayeva və -78 kq. çəkidə Nərmin Əmirli 5-ci yerə, -57 kq. çəkidə Gülnarə Bayramova və Nuray Quliyeva 7-ci yerə çıxıb.