16-18 fevralda Milli Gimnastika Arenasında keçirilən “Bakı Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları medal sıralamasına görə 62 ölkə arasında birinci olub. 

Rekord.az xəbər verir ki, turnirin sonuncu günündə -90 kq. çəkidə Murad Fətiyev qızıl medal, Vüqar Talıbov isə bürünc medal qazanıb. 

+100 kq. çəkidə isə Camal Qamzatxanov gümüş medala sahib olub. 

Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 2 gümüş, və 3 bürünc medal əldə ediblər.