22-25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışları başa çatıb. 

Rekord.az xəbər verir ki, fərdi yarışların sonuncu günündə +90 kq çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Azərbaycanın Avropa çempionatında qazandığı sayca 9-cu medal olub. 

Cüdoçularımız çempionatda ümumilikdə 6 qızıl və 3 bürünc medal əldə ediblər. Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

25 iyunda Avropa çempionatında qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.