Voleybol üzrə Azərbaycan çempionatında qadın və kişilərin mübarizəsində növbəti oyunların keçirilmə vaxtı açıqlanıb. "Rekord.az" xəbər verir ki, qarşılaşmalar fevralın 9-da və 10-da Voleybol Mərkəzində baş tutacaq.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin son turu fevralın 9-da keçiriləcək. VI turun ilk qarşılaşması “Abşeron” - “Murov” komandaları arasında olacaq. Bu görüş saat 16:00-da başlanacaq. Saat 18:00-da start götürəcək ikinci matçda isə "UNEC" və “Azərreyl” klubları üz-üzə gələcəklər.

Kişi voleybolçular arasında Azərərbaycan Yüksək Liqasında VI turun oyunları isə fevralın 10-da təşkil olunacaq. Həmin gün ilk olaraq saat 16:00-da "MOİK" - “Neftçi” komandaları qarşılaşacaqlar. II dövrənin son matçında isə “Xarı bülbül” klubu “Murov”la üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.

 

Yüksək Liqa (qadınlar)

9 fevral

VI tur

   16:00 “Abşeron” - “Murov”

   18:00 "UNEC" - “Azərreyl”

 

Yüksək Liqa (kişilər)

10 fevral

VI tur

   16:00 "MOİK" - “Neftçi”

   18:00 “Xarı bülbül” - “Murov”