Voleybol üzrə qadın və kişilərin çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt açıqlanıb. "Rekrod.az" xəbər verir ki, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçiriləcək.

İlk olaraq meydana "Murov" və "Abşeron" komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan iki saat sonra "Azərreyl" - "UNEC" duelinə start veriləcək.

Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada I tur çərçivəsində "Murov" - "Neftçi" oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

Hər 3 görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.