Azərbaycan çempionatında maraqlı hadisə: formasını polisə hədiyyə etdi
- 05 Dek 2022 17:00
- 543
Misli Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Kəpəz" - "Sumqayıt" matçından sonra maraqlı hadisə yaşanıb.
Rekord.az xəbər verir ki, oyunda 1:0 hesabı ilə qələbə qazanan Sumqayıt futbolçuları paltardıyişmı otağına gedərkən komandanın futbolçusu Vüsal İsgəndərov anidən ayaq saxlayıb.
O, formasını çıxardaraq bir qədər ətrafa baxıb, daha sonra isə onu yaxında dayanan polis əməkdaşına verərək içəri keçib. Bu isə arenaya yığışanlar tərəfindən böyük maraqla qarşılanır.