11-12 iyulda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə 23 yaşa qədər qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı təşkil olunacaq. 

Rekord.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək çempionatda 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 57 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 259 idmançı medallar uğrunda mübarizə aparacaqlar. 

Çempionatın əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin formalaşması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır. 

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.