
Azərbaycan - Bosniya və Herseqovina matçının stadionu açıqlandı
- 07 İyl 2022 15:39
- 437
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının evdə Bosniya və Herseqovinaya qarşı keçirəcəyi dünya çempionatının seçmə mərhələ oyununun stadionu açıqlanıb.
Rekord.az xəbər verir ki, qarşılaşma sentyabrın 6-da "Dalğa Arena"da oynanılacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Görüşün başlama saatı hələlik bəlli deyil.