
Azərbaycan boksçusundan Gürcüstanda gümüş medal
- 13:40
- 37
Azərbaycan boksçusu Elbrus Adıgözəlov Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.
Bu barədə Rekord.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
60 kq-da çıxış edən boksçu ikinci yeri tutub.
Qeyd edək ki, turnirdə 10 ölkənin təmsilçiləri mübarizə aparıblar.