
Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu
- 14 May 2025 22:40
- 34
"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.
Rekord.az xəbər verir ki Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn "bayquşlar" qızıl medallara sahib çıxıblar.
Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.
Tərəflər arasında əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanmışdı.