
Azər Əliyevin müraciətinə müsbət cavab verilib
- 15 Mar 2022 15:00
- 713
Xəbər verdiyimiz kimi, “Neftçi”nin yeni transferi Azər Əliyev Azərbaycan millisndə oynamaq üçün AFFA-ya müraciət etmişdi.
Rekord.az-ın əldə etdiyi məlumata görə, federasiya futbolçunun müraciətini müsbət cavablandırıb və güman ki, millinin növbəti toplanışına onu da dəvət edəcəklər.
Bununla da pasport məsələsi həll olunacaq.
Qeyd edək ki, Azərbaycan millisində oynamadığı və Azərbaycan pasportuna sahib olmadığı üçün Azər “Neftçi”də legioner statisusunda çıxış edir.