Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi Frankfurt “Ayntraxt”ının yarımmüdafiəçisi Dominik Koru heyətinə qatıb.

Bu barədə 26 yaşlı futbolçunun yeni klubu məlumat yayıb. Alman yarımmüdafiəçi 6 aylıq icarəyə götürülüb.

Kor bu mövsüm “Ayntraxt”da bütün turnirlər çərivəsində 9 matça çıxıb. O, 2019-cu ildən Frankfurt təmsilçisinin uğurları üçün çalışır. Dominik daha öncə “Bayer” və “Auqsburq”da da forma geyinib.