
Ayaz Quliyev Rusiyada klubunu dəyişdi
- 08 İyl 2022 22:40
- 524
Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, o, karyerasını Rusiya Premyer Liqasına yüksələn “Ximki”də davam etdirəcək.
Bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Ayaz Quliyevin son klubu Tula “Arsenal”ı olub.