Qanada avtobus qəzası nəticəsində 8 futbolçu ölüb.

Rekord.az xəbər verir ki, hadisə Aşanti bölgəsində, sentyabrın 18-də baş verib.

“Afrikan Vizion” klubunun gənc futbolçularını daşıyan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində çaya düşüb. Altı futbolçu hadisə yerindəcə ölüb, 2-si isə xəstəxanada keçinib. Daha 4 futbolçunun da vəziyyəti ağırdır.

Hadisə 12-15 yaş aralığında olan futbolçuların gənclər liqasında oynamaq üçün qeydiyyatdan keçməyə getdikləri zaman baş verib.