Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun rəmzi komandası məlum olub.

Rekord.az xəbər verir ki, rəmzi komandaya aşağıdakı futbolçular daxil edilib:

Qapıçı: Dominik Livakoviç (“Dinamo”, Zaqreb);

Müdafiəçilər: Fauzi Qulam (“Napoli”), Nemanya Milunoviç (“Srvena Zvezda”), Abdulaye Sek (“Antverpen”), Vendell (“Bayer”);

Yarımmüdafiəçilər: Kodi Qapko (PSV), Harri Uinks (“Tottenhem”), Kərəm Demirbay (“Bayer”), Nikolas Pepe (“Arsenal”);

Hücumçular: Karlos Vinisius (“Tottenhem”), Ercan Kara (“Rapid”).