Avropa birinciliyinin ilk günündə 1 qızıl və 2 bürünc medal
- 20 Noy 2025 12:40
- 184
Azərbaycanın gənc taekvondoçuları İsveçrənin Eql şəhərində keçirilən Avropa birinciliyinin ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.
Rekord.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medalla kifayətlənib.