Avropa birinciliyində 5 medal
- 12:30
- 29
İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən qitə birinciliyinin üçüncü günündə Azərbaycan milli komandasının üzvü Elcan Əliyev (78 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıb.
Rekord.az xəbər verir ki, Azərbaycanın digər təmsilçisi Vasif Səlimov (68 kq) isə gümüş medal əldə edib.
Bununla da Azərbaycan taekvondoçularının Avropa birinciliyində qazandığı ümumi medal sayı 5-ə çatıb: İlyas Hətəmli (48 kq), Elcan Əliyev (78 kq), Vasif Səlimov (68 kq), Mehdi Budaqlı (45 kq), Novruz Əliyev (51 kq).
Qeyd edək ki, Azərbaycanın beynəlxalq dərəcəli referisi Aygül Abdullayeva Avropa birinciliyində ən yaxşı qadın hakim adına layiq görülüb.