Avropa Liqasında 2025/26 mövsümünə start verilib.

Rekord.az xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 8 görüş keçirilib.

Azərbaycan təmsilçisi “Sabah”ın evdə Sloveniya “Çelye”sinə 2:3 hesabı ilə uduzduğu günün ən fərqli nəticəsinə "Şaxtyor" imza atıb. Arda Turanın başçılıq edən Donetsk təmsilçisi "İlves"in qapısından 6 cavabsız top keçirib.

Bu mərhələnin cavab oyunları iyulun 17-də keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

Sabah (Azərbaycan) - Çelye (Sloveniya) 2:3
AEK (Kipr) - Partizan (Serbiya) 1:0
Şerif (Moldova) - Priştina (Kosovo) 4:0
Paks (Macarıstan) - CFR (Rumıniya) 0:0
Levski (Bolqarıstan) - Hapoel (Beer Şeva, İsrail) 0:0
Şaxtyor (Donetsk, Ukrayna) - İlves (Finlandiya) 6:0
Spartak (Trnava, Slovakiya) - Hakken (İsveç) 0:1
Legiya (Polşa) – Aktobe (Qazaxıstan) 1:0