UEFA bu mövsüm Avropa kuboklarını başa çatdırmaq niyyətindədir.

Rekord.az “The İndependent” nəşrinə istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Çempionlar Liqası və Avropa Liqasının finalını azarkeşlərsiz keçirmək fikrindədir.

Qeyd edək ki, bu gün UEFA-nın milli assosiasiyaların baş katibləri ilə keçirəcəyi videokonfransda bu məsələnin də müzakirə olunacağı bildirilir.