“Avrokuboklar üçün hər şey edəcəyik” – Savo
- 27 İyn 2026 23:56
- 36
"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "Tirol"la keçirilən matçda 4:0 hesabıyla qalib gəlib.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferi Zəkəriyyə Savo bu matçda het-trik müəllifi olub.
O, oyundan sonra klubun mətbuat xidmətinə oyun barədə fikirlərini bölüşüb.
“Bakıda hazırlığımıza yaxşı başladıq. İndi burada Avstriyadayıq. Özümü yaxşı hiss edirəm. Yeni komanda yoldaşlarımla burada olmaq gözəl hissdir. Məncə hər şey çox yaxşıdır. Bu gün də yaxşı oyun oynadığımızı düşünürəm. Bir qədər yavaş başladıq. Amma ikinci hissədə yaxşı oynadıq. Vurduğum qollar üçün çox xoşbəxtəm.
Qazanmaq üçün hər şey edəcəyik. Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bütün azarkeşlərimizlə Bakıda görüşmək üçün çox səbirsizlənirəm”.