Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, C qrupunda yer alan komandamız Yunanıstanla qarşılaşıb.

Görüş kifayət qədər gərgin keçib. Hərəyə iki set qazanan tərəflər matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə voleybolçularımız daha dəqiq oynayıblar. 5 set davam edən görüşdə yığmamız 3:2 hesabı ilə qalib gəlib.

Bununla da komandamız qarşılaşmanı 2 xalla başa vurur və ümumi xalları 5-ə çatdırıb.

Qeyd edək ki, yığmamızın növbəti oyunu sabah İsveçə qarşı olacaq. Qrupdan çıxmaq üçün mütləq bu görüşdə qalib gəlməliyik. 

Avropa çempionatı
22 avqust
C qrupu

   Azərbaycan - Yunanıstan 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12)