Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, C qrupunda yer alan komandamız bu dəfə Türkiyə ilə qarşılaşıb.

Görüş hazırda dünya reytinqində birinci olan Türkiyənin üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda komandamız quru hesabla məğlub olub.

Qeyd edək ki, millimiz bir qələbə və iki məğlubiyyətlə qrupda 3-cü pillədədir. Sabah turnirdə millimiz üçün istirahət günüdür. Avqustun 22-də isə voleybolçularımız yunanlarla üz-üzə gələcəklər. 

 

Avropa çempionatı

20 avqust

C qrupu

   Türkiyə - Azərbaycan 3:0 (25:13, 25:13, 25:13)