Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz bu gün növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, C qrupunda yer alan komandamızın rəqibi Almaniya olacaq.

Görüşün favoriti meydan sahibləri hesab olunsalar da, voleybolçularımızın dünənki oyunu mübarizənin daha gergin keçəcəyini deməyə əsas verir. Xanımlarımızın ilk görüşdəki uğurlu çıxışı davam etdirib növbəti xalları qazanmaq üçün əllərindən gələni edəcəklərinə şübhə yoxdur.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.