Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, C qrupunda yer alan komandamız meydan sahibi Almaniya ilə üz-üzə gəlib.
Görüş rəqibin üstünlüyü və yığmamızın çoxsaylı səhvləri ilə yadda qalıb. 4 set davam edən matçda voleybolçularımız quru hesabla uduzublar. 
Qeyd edək ki, millimiz ilk görüşdə Çexiyanı 3:0 hesabı ilə məğlub edib və aktivində 3 xal var. Növbəti oyunumuz isə sabah turnirin favoritlərindən olan Türkiyə kollektivi ilə olacaq.

Avropa çempionatı 
19 avqust
C qrupu
   Azərbaycan - Almaniya 0:3 (13:25, 22:25, 25:12, 14:25)