“Atletiko”nun prezidenti Enrike Sereso son zamanlarda adı komanda ilə hallanan Antuan Qrizmannla bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, Sereso, hazırda “Barselona”da çıxış edən yarımmüdafiəçinin Madrid klubuna keçidinin sürpriz olacağını deyib:

“Futbol dünyasında hər şey mümkündür. Heç kim bu söhbətlərin sonunun necə olacağını bilmir.

Qrizmannın qayıdışı? Bu baş versə, xoş sürpriz olar. Tezliklə yeni xəbərləri eşidəcəksiz”.

Qrizmann 2014-2019-cu illərdə “Atletiko”da çıxış edib. Fransalı futbolçu 2019-cu ilin yayında 120 milyon avro qarşılığında “Barselona”ya keçib.