İspaniya millisinin sabiq futbolçusu Sezar Aspilikueta "Atletiko"dan (Madrid) ayrılıb.


Rekord.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.


35 yaşlı müdafiəçi 2023-cü ildən "Atletiko"da çıxış edirdi. Paytaxt təmsilçisinin heyətində 53 oyuna çıxan futbolçu bu müddətdə 1 qol vurub.