
ATF dan imtahanı keçirəcək
- 18:40
- 44
Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçirilib.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər veri ki, ATF-nin məşq zalında təşkil olunan imtahana 18 nəfər qatılıb.
İdmançılardan 10-u I, 8-i isə II dan üzrə imtahanlarda iştirak ediblər.
İmtahan ATF-nin texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib. İmtahanda qurumun baş katibi Aygül Abdullayeva da iştirak edib.