Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatında ilk oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Çexiya ilə qarşılaşıb. Yığmamızın quru hesablı möhtəşəm qələbəsindən sonra baş məşqçimiz Ataman Güneyligil görüş haqqında fikirlərini bölüşüb:

"Turnirdə ilk matç çox önəmlidir. Oyunçularımızı təbrik etmək istəyirəm. Tapşırıqları layiqincə tam şəkildə yerinə yetirdilər, əvvəldən sonadək. Elə 2-ci və 3-cü setlərdəki hesab fərqinin səbəbi də budur. Konsentrasiyanı itirmədilər. 

Həmçinin Almaniyada bizi dəstəkləyən azarkeşlərə, Azərbaycandan və Türkiyədən gələn gələn hər kəsə təşəkkür edirəm. Burada özümüzü evimizdəki kimi hiss edirik. Çox sağ olun".