Voleybolçu qadınlardan ibarət millimiz Avropa çempionatına hazırlıqları başa vurub. "Rekord.az" xəbər verir ki, komandamızın baş məşqçisi Ataman Güneyligil hazırlıq yarışa hazırlıq prosesini dəyərləndirib. 

"Yoxlama oyunlarında bütün oyunçuları yoxladıq. Bu oyunlarda öz taktikalarımız üzərində çalışdıq. Eyni zamanda rəqiblərimizin son çıxış etdikləri beynəlxalq yarışlardakı oyunlarını analiz etdik, onlar üzərində də çalışdıq.

Əsas heyətdə yaxşı fiziki formada olan, taktikaları daha yaxşı yerinə yetirə biləcək oyunçular oynayacaq.

Matç-matç düşünəcəyik. Konkret olaraq bu yerə qədər gedəcəyik demirik.

Hər oyun bizim üçün bir final kimidir. Son Avropa çempionatındakı uğursuzluğu unutdurmağa çalışacağıq. Hər matçın, hər anın, hər xalın qiymətini bilərək oynamalıyıq. İlk oyundan son oyuna qədər. Bu cür davam edəriksə yolumuz açıq olacaq".