“Tottenhem” yay fasiləsində müdafiə xəttini gücləndirməyə qərar verib.

Rekord.az xəbər verir ki, “Atalanta”nın futbolçusu Yoakim Mehle karyerasını İngiltərə təmsilçisində davam etdirə bilər.

London klubu arxa xətt oyunçusunu mövsümlərarası dövrdə almağı planlaşdırır. 24 yaşlı danimarkalı cari mövsümdə A seriyasında 25 oyun keçirib.