
“Atalanta”da yeni hücumçu
- 22 Sen 2020 19:15
- 735
İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Berqamo təmsilçisi PSV-dən Sem Lammersi transfer edib.
Bu barədə “Atalanta”nın mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Atalanta” Lammers üçün PSV-yə 8 milyon avro ödəyib. Niderlandlı futbolçu 2016-cı ildən PSV-nin əsas komandasında çıxış edirdi.