
"Atalanta" onun üçün 9 milyon ödədi
- 20 Avq 2022 14:42
- 444
İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Berqamo təmsilçisi "Udineze"dən Brandon Soppini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. "Atalanta" fransalı sağ cinah müdafiəçisi üçün qarşı tərəfə 9 milyon avro təzminat ödəyib.