Premyer Liqanın debütantı "Şəfa" FK ev oyunlarını keçirmək üçün ASK Arenaya (köhnə "Şəfa", hazırkı Baku Arena) köçməyə hazırlıq işlərinə başlayıb. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, klub ərazinin balansında olduğu Gənclər və İdman Nazirliyi ilə icarə şərtlərini razılaşdırıb. Tərəflər arasındakı müqavilə sentyabr ayında imzalanacaq. Müqaviləyə əsasən arena 10 il müddətinə "Şəfa" FK-ya veriləcək.


Klub rəsmiləri artıq əraziyə baxış keçirib, görüləcək işlərin siyahısının hazırlanmasına başlayıblar.