2027-ci ildə təşkil olunacaq Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb.


Rekord.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası (AFC) rəsmi açıqlama yayıb.


Tədbirin aprelin 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutması nəzərdə tutulurdu. Lakin təhlükəsizlik amillərini nəzərə alaraq püşkatma həmin tarixdə olmayacaq.


Qeyd edək ki, turnirin 7 yanvar - 5 fevral tarixlərində Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır. Bundan öncə Yaxın Şərqdəki gərginliyə görə Asiya Çempionlar Liqasının matçları da təxirə salınıb.