
Arturo Vidal rəsmən “İnter”də!
- 22 Sen 2020 19:00
- 732
“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Barselona”dan Arturo Vidalı transfer edib.
Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Vidal İtaliyada 2011-2015-ci illər aralığında “Yuventus”un da formasını geyinib.