İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Artetanın müqaviləsinin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub.

Arteta 2019-cu ildən London təmsilçisinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İngiltərə Kubokunu və ölkə Super Kubokunu qazanıb.